www.science.az
10.06.2016 12:41

Fiziklər istini işığa çevirən toz hazırlayıblar

Almaniyanın Marburq Universitetinin alimi Stefani Denen və onun həmkarları tərəfindən infraqırmızı şüalanmanı və istini özünə çəkərək adi işığa çevirə bilən qeyri-adi maddə hazırlanıb. Yeni maddənin tərkibi kükürd atomları ilə əhatə olunan qalay atomlarının “piramida”-sından ibarətdir. Bu struktur öz təbiətinə görə qeyri-stabil hesab olunduğu üçün alimlər kükürd və qalaydan ibarət olan “piramida”-nın ətrafına orqanik molekullar da əlavə ediblər.

Qeyd edək ki, maddənin hər komponenti işığın generasiyasında özünəməxsus rola malikdir. Orqanikanın elektronları İQ-şüanın enerjisini özünə çəkir, qalay və kükürd isə onu işıq dalğaları şəklində saçır.

Ağ toz şəklində olan bu maddə +300 dərəcə selsi temperaturda belə sabitlik və kimyəvi neytrallığını qoruyub saxlayır.

Alimlərin sözlərinə görə, sözügedən "toz" saçdığı şüanın xarakteristikalarına görə halogen lampalara bənzəyir. Yeni tozun daha iki üstünlüyü mövcuddur: onun molekulları lazer şüasına bənzər yönəldilmiş işıq axını ərsəyə gətirir və enerji istehlakı nöqteyi-nəzərindən adi lampalardan dəfələrlə effektivdir. 

Alimlər hesab edirlər ki, onların kəşfi işıqlandırma mənbələrinin istehsalını gözə çarpan dərəcədə ucuzlaşdıraraq. Belə ki, sənaye sahibləri bahalı ağ işıq diodlarını sözügedən tozun incə qatıyla örtülmüş nisbətən ucuz infraqırmızı lazerlərlə əvəz edə biləcəklər.

www.ria.ru/science