www.science.az
09.06.2016 11:42

Alimlər otaq bitkilərindən enerji almağın yolunu tapıblar

Peru Texnologiya və Mühəndislik Universitetinin alimləri otaq bitkilərindən enerji almağın yolunu tapıblar. Onlar otaq bitkilərindən əldə olunan enerji ilə işləyən və görünüşcə LED lampanı xatırladan, “plantalamparas” adlanan eko-lampa hazırlayıblar.

Məlumdur ki, bitki və mikrobların çürüməsi nəticəsində yaranan sərbəst elektronların hesabına torpaq təbii enerji mənbəyinə çevrilir.

Sözügedən proses oksidləşmə zamanı baş verən kimyəvi reaksiyaların nəticəsində həyata keçir. Lampanı oksidləşmə müşahidə olunan yerdən əmələgələn elektronları elektrod simlər vasitəsilə tutumlu batareyalara köçürərək işıqlandırmaq mümkündür. Alınan enerjinin köməyi ilə Plantalamparas iki saat ərzində istifadə oluna bilər.

www.1000ideas.ru