Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

08.06.2016 16:52
  • A-
  • A
  • A+

AMEA prezidenti “Thomson Reuters” Agentliyinin nümayəndəsini qəbul edib

AMEA prezidenti “Thomson Reuters” Agentliyinin nümayəndəsini qəbul edib

AMEA-nın prezidenti, akademik Akif Əlizadə dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan “Thomson Reuters” Agentliyinin MDB ölkələri üzrə nümayəndəsi Valentin Boqorovu qəbul edib.

Görüşdə AMEA ilə beynəlxalq agentlik arasında əməkdaşlıq perspektivləri müzakirə edilib, “Thomson Reuters” biliklər bazasına çıxış imkanlarının təmin edilməsi məqsədilə müqavilənin imzalanması üçün ilkin razılıq əldə olunub.

AMEA rəhbəri qeyd edib ki, agentliklə əməkdaşlıq Azərbaycan elminin beynəlxalq səviyyədə tanınması baxımından xüsusilə əhəmiyyətli olacaqdır. Bu əməkdaşlıq ölkədə elmin dinamik inkişafı, dünya elminə inteqrasiyasının sürətlənməsi, onun səmərəliliyinin və keyfiyyət səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərəcəkdir.

Görüşdə AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, texnika üzrə elmlər doktoru, professor Əminağa Sadıqov da iştirak edib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: