www.science.az
01.06.2016 09:59

Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına yeni etnoqrafik eksponatlar daxil olub

Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına yeni daxil olmuş eksponatlar tarixi əhəmiyyətə malik mis dolça və tunc həvəngdəstədir.

Mis dolça keçmiş məişətdən soraq verən, xalqımızın həyat tərzini əks etdirən mədəniyyət nümunəsidir. Keçmişdə su qabı kimi istifadə olunan mis dolça yüksək bədii tərtibata malikdir. Adətən belə tərtibatlı qablar gəlin köçən qızların cehizinə daxil edilib.

Muzey kolleksiyasına daxil olan digər bir məişət qabı tunc həvəngdəstədir. Məişətimizdə ədviyyatlardan geniş istifadə olunması həvəngdəstələrə zərurət yaradırdı. Məhz buna görə də əksər ailələrdə belə həvəngdəstələrə rast gəlmək olardı. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.