Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
31.05.2016 17:15
  • A-
  • A
  • A+

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) direktoru, akademik Viktor Matveyev BTNİ və qurumun çoxmillətli kollektivi adından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Akademik məktubda Azərbaycanın elmi mərkəzləri ilə BNTİ arasında Azərbaycan Hökumətinin fəal dəstəyi ilə dinamik inkişaf edən elmi-texniki əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq duyduğunu qeyd edib. O, Azərbaycanın elmi mərkəzlərinin BNTİ bazasında nüvə elmləri və müvafiq sahələr üzrə perspektivli layihələrin reallaşmasında bundan sonra da fəal iştirak edəcəyinə əminliyini ifadə edib.

Məktubun sonunda BNTİ Prezident İlham Əliyevə cansağlığı, tükənməz enerji, Azərbaycan xalqına isə sülh, rifah və firavanlıq arzu edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: