Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Abdulla Bərqi Xoyinin yeni şeirləri əldə edilib
26.05.2016 13:04
  • A-
  • A
  • A+

Abdulla Bərqi Xoyinin yeni şeirləri əldə edilib

AMEA-nın Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov Almaniyada yaşayan soydaşımız Məhəmmədəli Hüseyninin köməyi ilə adı indiyədək ədəbiyyat tariximizə düşməmiş Abdulla Bərqi Xoyinin şeirlərinin surətini əldə edib.

Şairin Tehranın Məclise-Şuraye-İslami kitabxanasında saxlanan farsca əlyazma divanına daxil edilmiş Azərbaycan dilində olan şeirləri böyük maraq doğurur. Bu əsərlər lirik-aşiqanə mövzulu qəzəllərdən və növhələrdən ibarətdir. Təzkirələrin verdiyi məlumatlardan və şeirlərindən Bərqinin istedadlı şair olduğu görünür.

Paşa Kərimovun sözlərinə görə, XIX əsr ədəbiyyat tariximiz yazılarkən Abdulla Bərqi Xoyinin irsi də nəzərə alınmalıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: