Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Məhsəti Gəncəvi haqqında yeni kitab
17.01.2014 00:00
  • A-
  • A
  • A+

Məhsəti Gəncəvi haqqında yeni kitab

Milli Məclisin deputatı, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynovun Məhsəti Gəncəvinin həyat və yaradıcılığından bəhs edən kitabı nəşr edilib.

Ötən il tanınmış məhsətişünas alimin şairə haqqında monoqrafiyası dünya xalqlarının 20 dilində nəşr edilərək yayılıb. Yeni kitabın başlıca məziyyəti ondan ibarətdir ki, bu əsər Azərbaycan dilində əski əlifba ilə təqdim olunur. Beləliklə, Cənubi Azərbaycanda yaşayan milyonlarla soydaşımızın da Məhsəti Gəncəvinin söz aləmi ilə daha yaxından tanış olmaq imkanı yaranmışdır.

Kitabda orta əsrlərdə qələmə alınmış bir çox fars, ərəb, türkdilli məxəzlər əsasında şairənin mükəmməl elmi bioqrafiyası verilir, Azərbaycan intibahının misilsiz nümayəndələrindən olan M.Gəncəvinin Yaxın və Orta Şərqin ədəbi-fəlsəfi fikrinin inkişafına töhfələrindən bəhs edilir. Məhsəti xanımın yaradıcılığı yalnız Azərbaycan və Şərq ədəbiyyatının deyil, dünya mədəniyyəti kontekstində nəzərdən keçirilir.

Professor Rafael Hüseynovun M.Gəncəviyə həsr edilmiş kitabı AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyində hazırlanıb, “Elm və Təhsil” nəşriyyatında nəfis tərtibatda işıq üzü görüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: