Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Radiasiya Problemləri İnstitutunda hidrogen qazının alınması istiqamətində tədqiqatlar aparılır
08.01.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Radiasiya Problemləri İnstitutunda hidrogen qazının alınması istiqamətində tədqiqatlar aparılır

 

AMEA Radiasiya Problemləri İnstitutunda radiasiya, fotokimyəvi üsulla su və karbohidrogen sistemlərində molekulyar hidrogenin alınması istiqamətində elmi-tədqiqat işləri aparılır. Hazırda bu kimi tədqiqat işləri bir neçə laboratoriyada, o cümlədən “Enerjitutumlu radiasiya prosesləri” laboratoriyasında həyata keçirilir.

Laboratoriya müdiri, kimya üzrə fəlsəfə doktoru Hökmən Mahmudov bildirir ki, tədqiqatlar atom-hidrogen energetikası sahəsini əhatə edir. Məqsəd, ənənəvi enerji resurslarının azaldığı və alternativ enerji mənbələrinə artan təlabata uyğun olaraq “gələcəyin enerjisi” adlandırılan hidrogen energetikasını inkişaf etdirməkdir.

Hidrogen energetikasının digər sahələrdən üstünlüyü ondadır ki, hidrogenin yanması zamanı ətraf mühitə zərərli tullantılar buraxılmır. Son dövrün araşdırmaları göstərir ki, yanacaq elementləri (fuel cell) texnologiyalarının inkişafı alınmış hidrogen qazının yanacaq elementlərinə verilməsi və elektrik enerjisi əldə edilməsinə imkan verəcək.

Qeyd edək ki, Yaponiya, Amerika, İngiltərə, Koreya və digər ölkələrdə də bu sahədə tədqiqatlar aparılır, alınmış nəticələr müxtəlif nəşriyyatlarda dərc olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: