Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

20.05.2016 15:19
  • A-
  • A
  • A+

Arxeologiya və Etnoqrafiya İnstitutunda almaniyalı tədqiqatçı ilə görüş keçirilib

Arxeologiya və Etnoqrafiya İnstitutunda almaniyalı tədqiqatçı ilə görüş keçirilib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda almaniyalı tədqiqatçı, doktor Maykl Reinhard ilə görüş olub.

M.Reinhardın Azərbaycana gəlişinin səbəbi onun Qarabağın qədim, orta əsr və yeni dövr tarixinə olan marağıdır. Qonağın sözlərinə görə, Almaniyada Qarabağ tarixinə, xüsusilə də Albaniya dövrünə aid kitab çap etdirmək niyyətindədir və bu məqsədlə də elmi biliklərini zənginləşdirmək üçün Azərbaycan alimləri ilə görüşlər keçirir.

Görüşdə Arxeologiya və Etnoqrafiya İnstitutunun albanşünas alimləri M.Reinharda Qarabağın zəngin tarixi, bu bölgənin qədim Azərbaycan ərazisi olması barədə ətraflı məlumatlar veriblər. Eyni zamanda, Rusiya imperiyası tərəfindən XIX əsrin ortalarından başlayaraq Qarabağa köçürülmüş ermənilərin mütəmadi olaraq Azərbaycan abidələrini özününküləşdirmə siyasətindən söz açılıb, onların belə saxtakarlıqlarla guya bu ərazilərdə qədimdən yaşamalarını sübut etməyə çalışdıqları bildirilib.

M.Reinhard nəşr etdirəcəyi kitabda bu cür saxta cəhdlərə cavab olaraq, Qarabağın tarixini tam obyektiv işıqlandıracağını vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: