Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan, ABŞ və Gürcustan alimləri Qafqazda geoloji təhlükələrə dair tədqiqatlar aparır
20.05.2016 14:20
  • A-
  • A
  • A+

Azərbaycan, ABŞ və Gürcustan alimləri Qafqazda geoloji təhlükələrə dair tədqiqatlar aparır

Azərbaycan, ABŞ və Gürcustan alimləri tərəfindən Qafqaz ərazisində geoloji təhlükələr, həmçinin müxtəlif zonalarda müasir geodinamik aktivliyə dair tədqiqatlar aparılır.

“Qafqaz regionunun aktiv geodinamikası” adlı layihə çərçivəsində təşkil olunmuş işlər ABŞ-ın Milli Elmlər Akademiyasının maliyə dəstəyi ilə həyata keçirilir.

Layihənin rəhbəri AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, Geologiya və Geofizika İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin rəhbəri, akademik Fəxrəddin Qədirovdur. İki illik layihə bu ilin sonunda başa çatır.

Qeyd edək ki, hazırkı nəticələr Gürcüstan Milli Elmlər Akademiyasında müzakirə olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: