Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Rauf Qardaşov Almaniyada elmi ezamiyyətdə olub
20.05.2016 09:45
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Rauf Qardaşov Almaniyada elmi ezamiyyətdə olub

Coğrafiya İnstitutunun Xəzər dənizi problemləri şöbəsinin baş elmi işçisi, AMEA-nın müxbir üzvü Rauf Qardaşov Almaniyanın Berlin şəhərində elmi ezamiyyətdə olub.

O, Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyinin Enerji səmərəliliyi üzrə ixrac təşəbbüsü çərçivəsində keçirilən “Berlin və ona yaxın ərazilərdə külək, günəş və bioenerji” mövzusunda tədbirdə iştirak edib. Məqsəd alman alimlərinin bu sahədəki bilik və  təcrübəsinin Azərbaycanda tətbiq edilməsidir.

Tədbirdə külək, günəş və bioenerji layihələri ilə yanaşı, kənd, şəhər və regionun enerji tələbatının sərbəst şəkildə təmin edilməsi məsələləri müzakirə olunub. 

Tədbir iştirakçıları müxtəlif məntəqələrdə olub, birgə fikir mübadiləsi aparıb, müxtəlif mövzular üzrə təşkil olunmuş seminarlarda iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: