www.science.az
19.05.2016 10:53

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Milli Azərbaycan Tarixi Muzeyində olub

Mayın 18-i - Beynəlxalq Muzeylər Günündə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olub.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı ilə görüşən E.Süleymanova peşə bayramı münasibətilə onu təbrik edib, bu qurumun əməkdaşlarına uğurlar arzulayıb.

E.Süleymanova muzeyə tarixi əhəmiyyət kəsb edən hədiyyələr təqdim edib. Bu dəyərli materiallar XX əsrə aid yundan tirmə şal və üzərində “Azərbaycan Ombudsmanı” sözləri həkk olunmuş medaldan ibarətdir.

Nailə Vəlixanlı bu materialların muzeyin fondunda dəyərli eksponat kimi qorunacağını bildirib.

Sonra  E.Süleymanova muzeyin ən qədim dövrdən bu günə kimi tariximizi əks etdirən ekspozisiya zalları və Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi ilə tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.