Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-da yay imtahan sessiyasının təşkili ilə bağlı müşavirə keçiriləcək
19.05.2016 09:11
  • A-
  • A
  • A+

AMEA-da yay imtahan sessiyasının təşkili ilə bağlı müşavirə keçiriləcək

Mayın 20-də saat 11:00-da AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsi tərəfindən doktorant, dissertant və magistrantlar üçün yay imtahan sessiyasının təşkili ilə bağlı müşavirə keçiriləcək.

Müşavirəyə elmi müəssisələrin təhsil şöbələrinin rəhbərləri, doktorantura, dissertantura və magistraturada təhsilin təşkilinə bilavasitə məsul olan şəxslər dəvət olunur.

Müşavirə AMEA-nın Əsas binasının kiçik konfrans zalında keçiriləcək.

Ünvan: Bakı şəh., Hüseyn Cavid pr., 31.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: