Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

18.05.2016 16:27
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyində “Açıq qapı” günü keçirilib

Hüseyn Cavidin Ev Muzeyində “Açıq qapı” günü keçirilib

Hər il olduğu kimi, bu il də AMEA Hüseyn Cavidin Ev Muzeyində 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə “Açıq qapı” günü keçirilib. Məqsəd insanlara pulsuz olaraq muzeyin təqdim etdiyi sərgi və ekspozisiyalara tamaşa etmək imkanını verməkdir. Bu gün muzeyi çoxsaylı orta məktəb şagirdləri, müxtəlif ali məktəblərdən olan müəllim və tələbə heyəti ziyarət edib. Onlara Hüseyn Cavidin həyatı və zəngin yaradıcılığı, eləcə də Cavidlər ailəsinin irsi, muzeydə yer alan eksponatlar və mühüm ədəbi faktlar barədə ətraflı məlumat verilib.

Muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının sözlərinə görə, Beynəlxalq Muzeylər Şurasının üzvü olan muzey təşkilatın keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir və xarici ölkə muzeylərinin təcrübəsini öyrənir. Xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilən tədbirlərdə AMEA Hüseyn Cavidin Ev Muzeyinin də fəal iştirakı milli adət-ənənələrimizin, elm və mədəniyyətimizin təbliğinə böyük töhfədir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: