Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

18.05.2016 14:26
  • A-
  • A
  • A+

Yaponiyanın “Kosugi Zohen Co” şirkətinin prezidenti AMEA-nın Botanika İnstitutunda və Mərkəzi Nəbatat Bağında olub

Yaponiyanın “Kosugi Zohen Co” şirkətinin prezidenti AMEA-nın Botanika İnstitutunda və Mərkəzi Nəbatat Bağında olub

Yaponiyanın “Kosugi Zohen Co” şirkətinin prezidenti Saki Kosugi AMEA Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağının qonağı olub.

Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə qonağa rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyət istiqamətləri, strukturu, beynəlxalq əlaqələri, həmçinin elmi tədqiqatlar sahəsində qazandığı uğurlar barədə məlumat verib.

Mərkəzi Nəbatat Bağının direktoru v.i.e., biologiya üzrə fəlsəfə doktoru, dosent Vahid Fərzəliyev bağın inkişaf perspektivləri və canlı kolleksiyalarının zənginləşdirilməsinin vacibliyini qeyd edib.

S.Kosugi öz növbəsində rəhbərlik etdiyi şirkətin fəaliyyəti və həyata keçirdiyi layihələrdən söz açıb. Şirkətin prezidenti Azərbaycanın müxtəlif bölgələrində yapon bağlarının salınması və yapon mədəniyyətinin rəmzi sayılan sakura bitkisinin becərilməsi prespektivlərindən danışıb.

Görüşdə yaxın gələcəkdə Mərkəzi Nəbatat Bağı ərazisində “Yapon bağ”ı güşəsinin yaradılması imkanları müzakirə olunub.

Sonda qonaq institutda aparılan elmi tədqiqat işləri, həmçinin Mərkəzi Nəbatat Bağının canlı kolleksiyası ilə tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: