Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Milli Azərbaycan Tarixi Muzeyində multikulturalizm üzrə növbəti seminar keçirilib
18.05.2016 12:29
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyində multikulturalizm üzrə növbəti seminar keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycanda multikulturalizm: tarixi, mahiyyəti və əsas xüsusiyyətləri” mövzusunda növbəti seminar keçirilib.

Prezident İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi ilə əlaqədar keçirilən tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək multikulturalizmin məqsədinin tarixi ənənəmiz olan xalqlar və dinlər arasında qardaşlıq, dostluq, beynəlmiləlçiliyin möhkəmlənməsinə dəstək olduğunu bildirib, tədbirin mahiyyəti haqqında məlumat verib.

Muzeyin elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nərgiz Əliyeva, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşları Rəvan Həsənov və Sərraf Hüseynov və başqaları multikulturalizm siyasətinin hüquqi əsaslarından geniş söhbət açıblar.

Seminarda “Multikulturalizmin mahiyyəti və hüquqi əsasları”, “Multikulturalizm çərçivəsində erməni ziyalılarının yaradıcılığında azərbaycanlılara münasibət (XIX əsrin sonu - XX əsrin əvvəli)”, “Azərbaycanda multikulturalizm: tarixi, mahiyyəti və əsas xüsusiyyətləri” mövzularında çıxışlar dinlənilib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşı Sərraf Hüseynov “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı haqqında məlumat verib və bu cür nəşrlərin Azərbaycan multikulturalizminin əsaslarını öyrənmək üçün əhəmiyyətini vurğulayıb. O, kitabın bir nüsxəsini muzeyə hədiyyə edib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: