Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.01.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətində innovasiyalar üzrə seminar keçirilib

AMEA Rəyasət Heyətində innovasiyalar üzrə seminar keçirilib

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İnnovasiya şöbəsinin dəvəti ilə Bakıda səfərdə olan innovasiyalar üzrə tanınmış alim, İsveçrənin Cenevrə Beynəlxalq Universitetinin professoru, Dr. Doğan Güven Rəyasət Heyətində innovasiyalar üzrə təqdimatla çıxış edib.

Seminarda AMEA-nın müxtəlif institutlarının və İnnovasiya şöbəsinin əməkdaşları, digər universitet və özəl sektorların nümayəndələri iştirak ediblər.

Tədbirdə Dr. Doğan Güven innovativ və davamlı inkişaf üçün milli innovasiya ekosistemi haqqında ətraflı məlumat verib, yüksək innovasiya reytinqlərinə malik olan İsveçrənin timsalında beynəlxalq təcrübələr barədə təqdimatla çıxış edib. Seminarda Azərbaycanda mövcud imkanlar, prioritet istiqamətlər ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: