www.science.az
17.05.2016 10:04

Azərbaycan Dillər Universitetinin tələbələri AMEA-da təcrübə keçir

AMEA ilə Azərbaycan Dillər Universiteti (ADU) arasında əldə olunmuş razılığa əsasən bu ali  təhsil ocağının tələbələri Akademiyada təcrübə keçirlər.

Hazırda ADU-nun Tərcümə, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültələrinin tələbələri AMEA-nın Elm və təhsil idarəsinin Elmi tərcümə şöbəsində, Beynəlxalq əlaqələr idarəsində, ŞərqşünaslıqQafqazşünaslıq institutlarında elmi-praktiki təcrübə keçir.

Xatırladaq ki, son illər AMEA-da elmlə təhsilin inteqrasiyasının təmin edilməsi istiqamətində kompleks tədbirdlər həyata keçirilib. Belə ki, AMEA-da ilk dəfə olaraq təhsilin magistratura pilləsi təşkil olunub, doktoranturaya qəbul və doktorluq imtahanları zamanı test texnologiyaları tətbiq edilib, xarici dil fənni üzrə tələbələr üçün geniş imkanlar yaradılıb.

AMEA-nın elmi müəssisələri ilə respublikanın müxtəlif ali məktəbləri arasında son dövrlər əlaqələr daha da genişləndirilib. Bir çox ali məktəblərlə əməkdaşlıq müqavilələri, niyyət protokolları, memorandumlar imzalanıb, bir sıra elmi müəssisələrdə universitetlərin baza kafedraları yaradılıb.

Onu da əlavə edək ki, AMEA-nın alimləri respublikanın əksər universitetlərində mühazirələr oxuyur, bakalavr işlərinə, magistr və doktorluq dissetasiyalarına rəhbərlik edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.