Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

16.05.2016 10:12
  • A-
  • A
  • A+

Alman alimi Zoologiya İnstitutunun gənc mütəxəssisləri ilə görüşüb

Alman alimi Zoologiya İnstitutunun gənc mütəxəssisləri ilə görüşüb

AMEA Zoologiya İnstitutunda alman alimi Hartmurt Müllerin gənclərlə görüşü keçirilib.

Alim bioloji müxtəlifliyin öyrənilməsi sahəsində Azərbaycanda apardığı tədqiqatlar barədə gənclərə ətraflı məlumat verib.

Qeyd edək ki, H.Müller uzun illər Azərbaycanda yaşamış, ölkəmizin əsrarəngiz təbiətini öyrənmişdir. 2008-2012-ci illərdə alman alimi Şirvan Milli Parkının direktoru vəzifəsində çalışmış, onun iştirakı ilə aparılan tədqiqatlar zamanı Azərbaycan üçün yeni növlər kəşf edilmişdir.

İnstitutun gəncləri ilə görüşü zamanı cənab Müller təbiətin öyrənilməsi ilə yanaşı, onun qorunmasının da vacibliyini qeyd edib, bu sahədə beynəlxalq təcrübədən bəhs edib. Azərbaycanda mədəni, linqvistik, etnik rəngarəngliyin qorunması istiqamətində uğurla həyata keçirilən işlərdən danışıb.

Görüşdə bioloji müxtəlifliyin öyrənilməsi, təbiətin mühafizəsi, ekologiyanın qorunması və s. mövzular ətrafında gənclərlə müzakirələr aparılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: