Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan alimi Türkiyədə beynəlxalq simpoziumda məruzələrlə çıxış edib
13.05.2016 13:32
  • A-
  • A
  • A+

Azərbaycan alimi Türkiyədə beynəlxalq simpoziumda məruzələrlə çıxış edib

AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı Türkiyədə keçirilən “Türk-erməni əlaqələrinin regional siyasətə təsiri” mövzusunda Beynəlxalq elmi simpoziumda iştirak edib.

İstanbul Universitetində keçirilən tədbirdə M.Qasımlı “Says-Piko sazişi imzalandıqdan sonra erməni təşkilatlarının fəaliyyətlərinə Antanta ölkələrinin və Osmanlı dövlətinin münasibəti (1916-cı il may – 1917-ci il fevral)”, Bitlis Eren Universitetində keçirilən plenar iclasda isə “Türkiyənin Avropa İttifaqına üzv olmaq üçün müraciət etməsi və SSRİ-nin uydurma erməni soyqırımı məsələsini gündəliyə gətirməsi (sovet mənbələri əsasında)” mövzusunda məruzələrini təqdim edib.

Dünyanın 10-a yaxın ölkəsindən tarixçi-alimlərin iştirak etdiyi simpoziumda azərbaycanlı alimin məruzələri böyük maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: