Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Qafqazın neotektonik xəritəsi”nin hazırlanması planlaşdırılır
12.05.2016 16:13
  • A-
  • A
  • A+

“Qafqazın neotektonik xəritəsi”nin hazırlanması planlaşdırılır

AMEA Geologiya və Geofizika İnstitutunun (GGİ) alimləri gürcüstanlı və rusiyalı həmkarları ilə birgə “Qafqazın neotektonik xəritəsi”ni tərtib etməyi planlaşdırır. Burada geoloji təkamülün ən yeni dövründə – son 10-12 milyon il ərzində Qafqazın ərazisinin dərinliklərində geotektonik hərəkətlər, şaquli və üfüqi proseslərin diferensiasiyası, müasir dövrün aktiv tektonikası, seysmik aktivliyin təzahürləri və s. məlumatlar öz əksini tapacaq.

AMEA-nın prezidenti, GGİ-nin direktoru, akademik Akif Əlizadənin təşəbbüsü ilə nəzərdə tutulan layihə bügünlərdə Gürcüstan Milli Elmlər Akademiyasında (GMEA) müzakirə olunub. Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və AMEA-nın müxbir üzvü Tələt Kəngərli GMEA-nın vitse-prezidenti, akademik İrakli Qamkrelidze, həmçinin Yer Elmləri İnstitutunun rəhbərliyi və heyəti ilə görüşüblər. Görüşdə xəritənin tərtibi istiqamətində qarşılıqlı imkanlar araşdırılıb.

GGİ əməkdaşlarının eyni məqsədlə növbəti görüşü mayın sonunda Rusiya Elmlər Akademiyasının Geologiya və Yerin Fizikası İnstitutlarında olacaq. Üç ölkənin alimlərinin səyləri ilə hazırlanacaq xəritənin nəşri 2018-ci il üçün nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: