Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Sərhədsiz Geologiya Elmi Təşkilatının direktoru Respublika Seysmoloji Xidmət Mərkəzində olub
12.05.2016 09:40
  • A-
  • A
  • A+

Sərhədsiz Geologiya Elmi Təşkilatının direktoru Respublika Seysmoloji Xidmət Mərkəzində olub

Sərhədsiz Geologiya Elmi Təşkilatının direktoru Yeqor Krasinski AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olub.

Qonaq RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və mərkəzin elmi məsələlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Azay Rzayevlə görüşüb.

Görüşdə "Dəniz elmi tədqiqat işləri üzrə layihə"də birgə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Qeyd edək ki, sözügedən layihədə Xəzər dənizinin çökmə qatının dərinlik geoloji quruluşu, tektonikası və geodinamikasının öyrənilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: