www.science.az
11.05.2016 12:31

Geologiya və Geofizika İnstititunda “Geomexanika” seminarı keçiriləcək

Mayın 26-da saat 15:00-da AMEA Geologiya və Geofizika İnstitutunda “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” mövzusunda layihə çərçivəsində növbəti “Geomexanika” seminarı keçiriləcək.

Tədbirdə AMEA-nın müxbir üzvləri Zöhhak Abbasov, Qərib Calalov və t.e.d. X.Feyzullayevin “Qazkondensat yataqlarının işlənilməsi prosesinin fiziki və riyazi modelləşdirilməsi” mövzusunda məruzəsi dinləniləcək.

Seminara “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” elmi-tədqiqat işinin bütün iştirakçıları və digər maraqlananlar dəvət olunur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.