www.science.az
11.05.2016 09:48

Beyində əməliyyatların aparılması üçün həll edilə bilən implantlar yaradılıb

Pensilvaniya Universitetinin alimləri beyində əməliyyatların aparılması üçün həll edilə bilən implant hazırlayıblar. Keramika əsasında hazırlanmış elektronika müəyyən vaxtdan sonra həll edildiyi üçün toxumalara heç bir ziyan vurmur.

Elektronika keramika və molibden maddələrinin bir neçə qatından hazırlanıb və orqanizmin həyati əhəmiyyətli göstəricilərini ölçməyə imkan verir.

İmplantlar siçovullar üzərində uğurla sınaqdan keçirilib. Alimlər onların köməyi ilə anesteziya altında olan heyvanların beyin dalğalarını, həmçinin neyronlar arasında elektrik rəqslərini qeydə ala biliblər.

Nevrologiya professoru, sözügedən texnologiyanın müəlliflərindən biri olan Brayan Litt iddia edir ki, həll edilə bilən elektronika orqanın vəziyyətinə nəzarət edən müasir müşahidə müasir sistemlərini beyinə implantasiya etməyə imkan verir.

İmplantlar epilepsiya, Parkinson xəstəliyi, depressiya, periferik sinir sistemi nasazlığı, xroniki ağrıların diaqnostikası və müalicəsində kömək edir.

www.hi-tech.mail.ru