Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın müxbir üzv Əbülfəz Quliyev Türkiyədə Beynəlxalq simpoziumda iştirak edib
11.05.2016 10:23
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzv Əbülfəz Quliyev Türkiyədə Beynəlxalq simpoziumda iştirak edib

Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzv Əbülfəz Quliyev Türkiyənin Yozqat vilayətində keçirilən Beynəlxalq Bozok Simpoziumunda iştirak edib.

Tədbirdə türk dünysında oğuz türklərinin yeri, dili, ədəbiyyatı, tarixi, coğrafiyası, iqtisadiyyatı, adət-ənənələri ilə bağlı 160-dan artıq məruzə dinlənilib.

Beynəlxalq simpoziumda Ə.Quliyev “Professor Əhməd Cəfəroğlu, Türkiyə dialektologiyası və Yozqat vilayəti şivələri” mövzusunda məruzə ilə çıxış edib.

Azərbaycanlı alimin məruzəsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: