Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.05.2016 16:17
  • A-
  • A
  • A+

AMEA-nın bir sıra institut və təşkilatlarında ümummilli lider Heydər Əliyevin 93-cü ildönümü qeyd edilib

AMEA-nın bir sıra institut və təşkilatlarında ümummilli lider Heydər Əliyevin 93-cü ildönümü qeyd edilib

Mayın 10-da AMEA-nın Elm Tarixi İnstitutunda dövlətçilik və siyasi fəaliyyətinin bütün dövrlərində xalqı üçün misilsiz xidmətlər göstərmiş, müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “dəyirmi masa” keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İnstitutun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli ümummilli liderin Azərbaycan dövlətinin taleyində, siyasi və ictimai həyatında misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə çoxcəhətli fəaliyyətindən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə ikinci dəfə qayıdışı ilə əsasını müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik təşkil edən yeni bir ideologiyanın bünövrəsi qoyulub.

“Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda məruzə ilə çıxış edən M.Seyidbəyli bildirib ki, Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin fəlsəfi, siyasi mənası olduqca dərindir. Azərbaycançılıq milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Ümummilli liderin müəllifi olduğu, sistemləşdirdiyi azərbaycançılıq ideologiyası təkcə bu ölkənin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrilib.

Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin şah əsəri müasir müstəqil Azərbaycan dövlətidir. Müasir müstəqil Azərbaycan dövlətinin ideya əsaslarını da azərbaycançılıq ideologiyası təşkil edir.

Tədbirdə ilahiyyət üzrə fəlsəfə doktoru Səbinə Nemətzadənin “Heydər Əliyevin azərbaycançılıq idealogiyasının təzahüründə Azərbaycan əlyazmalarının qorunması”, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin “Ulu öndər Heydər Əliyevin xarici siyasəti”, Raisə Cəfərovanın “Azərbaycan tarixinin bəzi məqamları və Heydər Əliyev”, Aida Zeynalovanın ”Heydər Əliyev multikuturalizmin hüquqi və siyasi banisi”, Ülviyyə Əliyevanın “Heydər Əliyev və Azərbaycan təhsili” və  Gülər Əliyevanın “Heydər Əliyev tarixi şəxsiyyət kimi” mövzusunda məruzələri dinlənilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü AMEA M.Nağıyev adına Kataliz və Qeyri- üzvi Kimya İnstitutunda da qeyd edilib.

Tədbirdə Kimya Elmləri Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Dilqəm Tağıyev ümummilli liderin həyat və fəaliyyətinə nəzər salıb, onun mükəmməl konsepsiyaları və müdrik ideyalarının xalqa xidmətin misilsiz nümunəsi olduğu vurğulayıb.

Tədbirdə, həmçinin qeyd olunub ki, Azərbaycan bu gün müstəqillik yolu ilə inamla addımlayır. Ümummilli lider Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda bütün sahələrdə böyük nailiyyətlər əldə olunub.

Daha sonra institutun  elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, Həmkarlar Təşkilatının sədri, professor Arif Əfəndi, Gənc alim və mütəxəssislər şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Faiq Məmmədov və başqaları ümummilli liderin Azərbaycanın tərəqqisi naminə yorulmaz fəaliyyətindən danışıblar.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar mayın 10-da AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda da anma tədbiri keçirilib.

İnstitutun direktoru, professor İlham Məmmədzadə ümummilli lider, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı və fəaliyyəti, onun Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində və ölkəmizdə sabitliyin bərqərar olunmasında əvəzsiz xidmətlərindən, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatların əsasını qoymasından və xilaskar rolundan bəhs edib.

Tədbirdə institutun  şöbə müdirləri – fəlsəfə elmləri doktorları Rəfiqə Əzimova, Adil Əsədov,  Füzuli Qurbanov, s.e.ü.f.d. Tahir Məmmədov və başqaları ümummilli liderin siyasi fəaliyyətinin əsas aspektlərindən söhbət açıblar.

Ulu öndər Heydər Əliyevin xatirəsi AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda da anılıb.

Tədbirdə institutun direktoru, professor Maisə Rəhimova dahi liderin Azərbaycan dövləti və xalqı qarşısındakı müstəsna xidmətlərindən, zəngin siyasi irsindən, idarəçilik təcrübəsindən danışıb.

İnstitutun Həmkarlar təşkilatının sədri, tarix elmləri namizədi Abuzər Ələkbərov, şöbə müdiri, tarix elmləri doktoru Əsədulla Cəfərov, tarix elmləri doktoru, professor Nərgiz Quliyeva və tarix elmləri doktoru Məhəbbət Paşayeva dahi şəxsiyyətin zəngin həyat və fəaliyyətinin dönə-dönə öyrəniləcəyini, onun hər anının, hər səhifəsinin müasirlərimizə, gələcək nəsillərə örnək, əsasını qoyduğu azərbaycançılıq ideologiyasının əbədiyaşar olacağını qeyd ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: