Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.05.2016 09:01
  • A-
  • A
  • A+

Ulu öndər millətinə əvəzsiz xidmətləri ilə əbədiyaşardır

Ulu öndər millətinə əvəzsiz xidmətləri ilə əbədiyaşardır

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə yığıncaq keçirilib.

Tədbirdə Humanitar Elmlər Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Teymur Kərimli hər il mayın 10-da görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin doğum gününün qeyd edildiyini vurğulayıb. Alim bildirib ki, bu, millətin ümumxalq bayramıdır. Ulu öndər xalqına sadiqliyi, millətinə əvəzsiz xidmətləri ilə əbədiyaşardır. Müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğu onun adı ilə bağlıdır. Bu adı yaşatmaq üçün hər bir vətəndaş dövlətimizə sədaqətlə xidmət etməli, onu qorumağı bacarmalıdır.

İnstitut direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli ümummilli liderin Azərbaycanın tərəqqisi naminə yorulmaz fəaliyyətindən, Ulu Öndərlə şəxsi görüşlərindən, maraqlı, yaddaqalan xatirələrindən danışıb.

İnstitut direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov müdrik siyasətçi Heydər Əliyevin dövlətçilik prinsiplərini bu gün onun layiqli varisi, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyini diqqətə çatdırıb.

Digər çıxış edənlər də Ulu öndərin ölməz əməlləri barədə danışıblar.

Toplantıda görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunmuş kitabların sərgisi keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: