Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aşağıdakı elmi tədqiqat müəssisələrində direktor vəzifəsini tutmaq üçün seçkilər elan edir:
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə:
Radiasiya Problemləri İnstitutu
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası
Yer Elmləri Bölməsi üzrə:
Neft və Qaz İnstitutu
Biologiya və Tibb Elmləri Bölməsi üzrə:
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu
Zoologiya İnstitutu
Torpaqşünaslıq və Aqrokimya İnstitutu
Genetik Ehtiyatlar İnstitutu
İctimai Elmlər Bölməsi üzrə:
A.Bakıxanov adına Tarix İnstitutu
Elm Tarixi İnstitutu
Qafqazşünaslıq İnstitutu
Humanitar Elmlər Bölməsi üzrə:
Nəsimi adına Dilçilik İnstitutu
Memarlıq və İncəsənət İnstitutu
AMEA-nın elmi tədqiqat müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından AMEA-nın Rəyasət Heyəti, müvafiq bölmənin bürosu və elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər.
Namizədlərin irəli sürülməsinə dair aşağıdakı sənədlər (2 nüsxədə) elan dərc edildiyi gündən 1 (bir) ay müddətində AMEA-nın müvafiq elmi bölməsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30) təqdim edilməlidir;
- namizədin seçkilərdə iştirak etməsi haqqında yazılı razılığı;
- kadrların şəxsi uçot vərəqəsi;
- tərcümeyi-hal;
- təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin təsdiq olunmuş surətləri;
- elmi əsərlərin təsdiq olunmuş siyahısı;
- 2 ədəd fotoşəkil (6x9 sm).
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.