www.science.az
03.05.2016 15:28

“Heydər Əliyev və Azərbaycan incəsənəti” mövzusunda Respublika konfransı keçiriləcək

Mayın 4-də saat 11:00-da AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən “Heydər Əliyev və Azərbaycan incəsənəti” mövzusunda Respublika konfransı keçiriləcək.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm NazirliyiAzərbaycan Dövlət Rəsm Qalereyası və AMEA Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq tədbirdə “Heydər Əliyev və Azərbaycan incəsənəti”, “Ümummilli lider Heydər Əliyevin obrazı xalçalarda”, “Heydər Əliyevin obrazı heykəltəraş Ömər Eldarovun yaradıcılığında”, “İrəvan teatrı rəssamlığında Heydər Əliyevin obrazı” və s. mövzularda məruzələr dinləniləcək.

Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 115, IV mərtəbə.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.