AMEA ilə Ukrayna Elm və Texnologiya Mərkəzi (UETM) arasındakı birgə əməkdaşlığa dair müqaviləyə əsasən Məqsədli Tədqiqat və İnkişaf Təşəbbüsləri (Targeted Research & Development Initiatives Program) Proqramı çərçivəsində 2016-cı il üçün müsabiqə elan olunur. Müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı prioritet sahələr üzrə layihələrinin təkliflərini təqdim etməlidirlər:
- Həyat elmləri, biotibb sahəsi, farmasevtika, insan sağlamlığını təmin edilməsi və möhkəmləndirilməsi;
- Aqrar biotexnologiyaları, torpağın məhsuldarlığı və qida məhsullarının təhlükəsizliyi;
- Energetik komplekslərin yüksəlmə effektivliyi, enerji qaynaqların bərpa olunması, enerji təhlükəsizliyi (təbii, geotəhlükə və texnoloji risklər)
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.