Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-nın "Elm və həyat" elmi-populyar jurnalının növbəti sayı işıq üzü görüb
03.05.2016 09:11
  • A-
  • A
  • A+

AMEA-nın "Elm və həyat" elmi-populyar jurnalının növbəti sayı işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyasının “Elm və həyat” elmi-populyar jurnalının yeni nömrəsi nəşr olunub.

Jurnalın bu nömrəsində “Elmlər Akademiyasının yaradılması prosesi və ilk tərkibi”, “Orta əsrlərin mədəniyyət mərkəzi – Gəncə”, “Memarlığımızın korifeyləri”, “Zərdüştlük mərasimləri, adət-ənənələr və Qədim Olimpiya oyunlarında onların səpkisi” və s. mövzularda məqalələr öz əksini tapıb.

1961-ci ildən başlayaraq nəşr olunan “Elm və həyat” jurnalının məqsədi Azərbaycan elminin və elmi biliklərin populyarlaşdırılmasıdır. Jurnalda Azərbaycanın tarixi, ədəbiyyatı, etnoqrafiyası ilə bağlı məqalələrlə yanaşı, fizika, kimya, kibernetika, astronomiya və digər elm sahələrinə aid yazılar oxuculara təqdim edilir. 

Elmin bütün istiqamətlərini əsas tutan “Elm və həyat” jurnalının bugünkü hədəfi Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiyası və maarifçi mövqeyinin gücləndirilməsidir.

“Elm və həyat” jurnalının baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadə, baş redaktorun müavinləri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi, “Elm” qəzetinin redaktoru Zülfüqar Fərzəliyev, məsul katibi isə Azərbaycan Jurnalistlər Birliyinin üzvü Turan Rəhimovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: