Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.05.2016 11:57
  • A-
  • A
  • A+

Filologiya elmləri sahəsində tədqiqatların keyfiyyətinə nəzarət artırılır

Filologiya elmləri sahəsində tədqiqatların keyfiyyətinə nəzarət artırılır

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Filologiya problemləri üzrə elmi şurasının növbəti iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan Şuranın sədri, akademik Rafael Hüseynov Şuraya elmlər doktoru və fəlsəfə doktoru hazırlığı proqramları üzrə daxil olan doktorant və dissertantların mövzuları, rəhbərləri və məsləhətçiləri barədə məlumat verib. Bildirib ki, respublikanın bütün müvafiq elmi tədqiqat institutları və elmi müəssisələrində, eləcə də ölkənin bütün təhsil ocaqlarında ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi, mətnşünaslıq, folklor, dilçilik və digər istiqamətlərdə yazılacaq dissertasiyaların mövzusu əvvəlcə Filologiya problemləri üzrə elmi şurada ciddi şəkildə araşdırılaraq tədqiq edilir.

Sonra uyğun seksiyalar üzrə yeni qəbul olunmuş doktorant və dissertantların mövzularının geniş müzakirəsi aparılıb.

Tədbirdə 5-i elmlər doktorluğu, 29-u isə fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə təqdim olunmuş 34 dissertasiya mövzusu bəzilərində müəyyən dəyişikliklər nəzərə alınmaqla təsdiqlənib.

Müzakirələrdə filologiya üzrə elmlər doktorları Atamoğlan Həsənov, Cəlil Nağıyev, Əbülfəz Quliyev, Fəxrəddin Veysəlli, Hüseyn Həmişli, Qəzənfər Kazımov, Qorxmaz Quliyev, Qulu Məhərrəmli, Məmməd Qocayev, Nadir Məmmədli, Ramiz Əsgər və Şəfəq Əlibəyli çıxış edərək fikir və təkliflərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: