Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Ərzurumda azərbaycanlı alimin kitablarının imza günü keçirilib
02.05.2016 09:41
  • A-
  • A
  • A+

Ərzurumda azərbaycanlı alimin kitablarının imza günü keçirilib

Türkiyənin Ərzurum şəhərində keçirilən üçüncü beynəlxalq kitab sərgisi çərçivəsində azərbaycanlı alim, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlının kitablarının imza günü təşkil olunub.

Kitabsevərlərlə görüşən professor M.Qasımlı əvvəlcə sərgidə Azərbaycanla bağlı nəşrlərini nümayiş etdirən Atatürk Araşdırmalar Mərkəzi və “Araz Yayınları” nəşriyyatının yeni kitabları barədə məlumat verib. Türk dilində nəşr olunan “Heydər Əliyev və Azərbaycanın milli siyasəti” və “Azərbaycan: İlham Əliyev dövründə Qafqazın yüksələn ulduzu” kitablarının məzmunu barədə danışan alim diqqətə çatdırıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilən və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası bütün türk dünyasının həyatına müsbət təsirini göstərib. Odur ki, bu kitabların xüsusilə gənc nəsil tərəfindən oxunması tövsiyə edilir.

Azərbaycanla bağlı digər nəşrlər - “Arazbarı” və “Türkün gəlişi” şeirlər topluları, “Şəhriyar” və “Böyük Ermənistan xülyası: faktlar və sübutlar” elmi kitabı barədə də oxuculara məlumat verən Musa Qasımlı öz əsərləri ilə bağlı fikir və mülahizələrini oxucularla bölüşüb.

Mayın 8-dək davam edəcək sərgi çərçivəsində çoxlu sayda imza günü keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: