Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA ilə Silahlı Qüvvələrin Hərbi Akademiyası elmi-texniki və təhsil sahəsində əməkdaşlıq edəcək
30.04.2016 21:19
  • A-
  • A
  • A+

AMEA ilə Silahlı Qüvvələrin Hərbi Akademiyası elmi-texniki və təhsil sahəsində əməkdaşlıq edəcək

AMEA ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası elmi-texniki və təhsil sahələrində birgə əməkdaşlıq edəcək.

Bununla əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev və AMEA prezidenti, akademik Akif Əlizadə əməkdaşlığa dair memorandum imzalayıblar.

Tərəflər Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsaslanaraq hərb elminin inkişaf etdirilməsi, müvafiq peşə və ixtisaslar üzrə optimal təhsil sisteminin mərhələli tənzimlənməsi üzrə hüquqi bazanın yaradılması barədə razılığa gəliblər.

Memorandumda Azərbaycan Respublikasının müdafiə qüdrətinin artırılması və onun müasir təhdid və təhlükələrə cavab verə biləcək hərbi potensiala malik olması istiqamətində birgə elmi-tədqiqat işlərinin aparılması, hərbi təhsil sistemində qabaqcıl elmi nailiyyətlərin tətbiq edilməsi, birgə beynəlxalq və regional elmi konfransların keçirilməsi, eləcə də müdafiə texnologiyaları sahəsində müştərək fəaliyyət göstərilməsi nəzərdə tutulur.

İmzalanma mərasimindən sonra qonaqlara AMEA-da əldə edilmiş ən son elmi nailiyyətlər barədə ətraflı məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: