Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Ukrayna Elmi Texnoloji Mərkəzi Tərəfdaşlıq Proqramı elan edir
29.04.2016 10:07
  • A-
  • A
  • A+

Ukrayna Elmi Texnoloji Mərkəzi Tərəfdaşlıq Proqramı elan edir

Ukrayna Elmi Texnoloji Mərkəzi (UETM) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimləri üçün yeni imkanların yaradılması məqsədilə Tərəfdaşlıq Proqramı (Partnership Program) elan edir. http://www.stcu.int/offer/commercialcountries/index.php

Proqramda tərəfdaş qismində istənilən təşkilat çıxış edə bilər (firma, institut, fond və s.). Bunun üçün UETM-ə rəsmi məktub yazmaqla Mərkəzin tərəfdaşı olması, AMEA-nın hər hansı elmi müəssisəsi, həmçinin alimi ilə iş planının, icra və ödəniş müddətinin razılaşdırması və üçtərəfli Sazişin imzalanması tələb olunur.

UETM-in tərəfdaş layihəsinin üstün cəhətləri:

• Mühasibatın beynəlxalq standartlara uyğun olaraq aparılması.

• Beynəlxalq illik auditi.

• Layihənin professional şəkildə idarə olunması.

• Layihənin vergisiz statusu.

• Avadanlığın ƏDV-siz alınması.

• Gömrük əməliyyatlarda rüsumsuz, vergisiz işlərin profesional şəkildə aparılması.

• Layihənin illik monitorinqi.

• Layihədən asılı olmayaraq UETM-in tərəfdaşı UETM-in ölkələrində (Ukrayna, Gürcüstan, Moldova) tərəfdaşların axtarışında profesional köməkliyin göstərilməsi.    

UETM-in Tərəfdaşlıq Proqramı AMEA institutlarının alimləri üçün aşağıdakı imkanlarını yaradır:

1. Layihə üzrə məvacibin vergilərdən azad olunması.

2. Layihənin icrası üçün dövlətin razılığının alınması.

3. Beynəlxalq standartlara üyğun olaraq layihənin heyata keçirilməsi və monitorinqi.

4. Gələcəkdə beynəlxalq mühitə çıxması.

Əsas elmi istiqamətlər:

Sağlamlıq, qida, kənd təsərrüfatı, biotexnologiya, biotibb sahəsi, əczaçılıq, təbii elmlər, informasiya və kommunikasiya texnologiyaları, nano-elmlər, nano-texnologiya, materiallar və yeni istehsal texnologiyası, energetika, Yer elmləri, ətraf mühit, iqlim dəyişikliyi, sosial-iqtisadi və humanitar elmlər.

Əlaqələndirici şəxs: UETM-in Azərbaycanda regional nümayəndəsi, Yer Elmləri üzrə fəlsəfə doktoru, dosent Qulam Babayev

Əlaqə: (+994 50) 390 40 75

E-mail: gulam.babayev@stcu.int

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: