www.science.az
28.04.2016 09:17

Görmə imkanı məhdud şəxslər üçün elektron kitab

Avstriyada görmə imkanı məhdud şəxslər üçün elektron kitabların istehsalına başlanılıb.

Elektron kitaba fləş kart vasitəsilə istənilən mətni yükləmək mümkündür. Bu zaman mətnlər ekranda Brayl əlifbası ilə düzülmüş qabarcıqlar şəklində meydana çıxır.

Наука и жизнь” jurnalının məlumatına görə, bu elektron kitablarda sadə sxem, qrafik, şəkil və diaqramlar da əks oluna bilər.