www.science.az
27.04.2016 13:57

Litva Pedaqoji Universitetinin professoru AMEA-nın Dilçilik İnstitutunda olub

Aprelin 27-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Litva Pedaqoji Universitetinin professoru Vidas Kavaliauskasla görüş keçirilib.

Dilçilik İnstitutunun direktoru v.i.e., AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu qonağa bu elm müəssisəsinin yaranma tarixi və fəaliyyət istiqamətləri haqqında məlumat verib, institutun beynəlxalq əlaqələrinin xeyli genişləndiyini söyləyib. O, Azərbaycanla Litva arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib.

Professor Vidas Kavaliauskas iki ölkə arasında elm və təhsil əlaqələrinin inkişaf perspektivlərindən danışıb. Elmlə təhsilin vəhdəti baxımından institutla əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə qarşılıqlı kadr mübadiləsi və hazırlığı, həmçinin əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Baba Məhərrəmli, elmi katib – filologiya üzrə fəlsəfə doktoru Aynel Məşədiyeva, mətbuat xidmətinin rəhbəri, dosent Təranə Şükürlü və digər əməkdaşlar iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.