www.science.az
26.04.2016 16:45

“Elektron tibbin multidissiplinar problemləri” I respublika elmi-praktiki konfransı keçiriləcək

24 may 2016-cı il tarixdə AMEA Rəyasət Heyəti, Azərbaycan Respublikası Səhiyyə NazirliyiAzərbaycan Tibb Universiteti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə “Elektron tibbin multidissiplinar problemləri” I respublika elmi-praktiki konfransı keçiriləcək.

Konfransın əsas istiqamətləri: 

I.  Tibbin İKT problemləri

 - Tibbin informasiyalaşdırılması problemləri (Tibbin informasiyalaşdırılmasının texnoloji və normativ-hüquqi bazası, tibbi informasiya mübadiləsinin qanunvericilik əsasları, e-dövlət platformasında e-tibb, elektron tibb kartları, tibbi müəssisələrin və apteklərin avtomatlaşdırılması, tibbi reyestrlər, tibbi standartlar, klassifikatorlar, e-tibbin terminoloji, sosial-iqtisadi aspektləri və s.)

 - E-tibdə informasiyanın emalını, menecmentini və müxtəlif təyinatlı qərarların dəstəklənməsini təmin edən informasiya resursları, texnologiyalar, servislər, metod və vasitələr (mobil-tibb, İnternet-tibb, veb-texnologiyalar, tibbi informasiya sistemləri, bulud və qrid texnologiyaları, GİS-texnologiyalar, sensor şəbəkələri, tibbi informasiya resurslarının inteqrasiyası, multimediya texnologiyaları, intellektual analiz, tibbi qərarların qəbulunun dəstəklənməsi sistemləri, biliklər və verilənlər bazası, Big Data, tibbi məlumatların təhlükəsizliyini təmin edən metod və vasitələr, tibbi təsvirlərin və siqnalların emalı və s.) 

 - Fasiləsiz tibbi təhsil və kadr problemləri, fundamental tibbi tədqiqatların informasiya dəstəyi (tibbi kontentlər, tibbi tədqiqatların informasiya dəstəyi, tibbi informatika, elektron tibbi kitabxanalar, elektron öyrədici və biliyin qiymətləndirilməsi sistemləri, 3D təlim vasitələri, vebinarlar, distant tibbi təhsil və s.)

 II.  İKT-nin tibb problemləri

 - İKT-nin tibbi problemləri (informasiya ilə ifrat yüklənmə, İKT-nin təsiri ilə yaranan xəstəliklər, İKT-həyat tərzi xəstəlikləri, İKT-asılılıq və s.)

Məruzələrin tərtibatına dair tələblər: 

Konfransa onun istiqamətlərinə uyğun, aktual elmi-praktiki problemlərə həsr olunmuş materiallar qəbul olunur. 

Məruzənin həcmi 4 səhifədən (cədvəl, şəkil və ədəbiyyat daxil olmaqla) çox olmamalıdır.

Məruzə elektron şəkildə depart15@iit.ab.az ünvanına göndərilməlidir. 

Məruzədə məsələnin aktuallığı, qoyuluşu və onun həlli yolları, əldə olunmuş nəticələrin elmi-praktiki əhəmiyyəti əks olunmalıdır. 

Məruzənin formatı IEEE standartına uyğun olmalıdır. Faylın yaradılması üçün Sample_IEEE.doc şablonundan istifadə edilməlidir. Düsturlar “Microsoft Equation” redaktorunda (standart parametrlər ilə) yığılmalıdır. Məqaləyə məruzənin adı, xülasəsi və müəllif(lər)in soyad(lar)ı ingilis dilində əlavə edilməlidir. 

Məruzəçilər “MS PowerPoint” redaktorunda “On-screen Show” (“Ekran”) formatında slaydlar hazırlamalıdırlar. Məruzəni konfransın işçi dillərindən (Azərbaycan, ingilis və rus) birində təqdim etmək olar.

Şablonu yükləmək olar: Sample_IEEE (eng).doc. 

Sample_IEEE.doc şablonunun Azərbaycan dilinə tərcüməsi: Sample_IEEE(aze).doc.

Mühüm tarixlər:

13 may 2016

Məruzələrin təqdim edilməsi üçün son tarix

20 may 2016

Məruzələrin ekspertizasının nəticələri haqqında müəlliflərin məlumatlandırılması tarixi

24 may 2016

Konfransın iş günü

Ünvan: Bakı şəhəri, B. Vahabzadə küçəsi, 9A.

Tel: (+994 12) 539-97-39; 537-22-97

E-poçt: depart15@iit.ab.az

Faks: (+994 12) 539-61-21

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.