Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şəki Regional Elmi Mərkəzinin direktoru BACSA-nın İcraiyyə komitəsinin üzvü seçilib
25.04.2016 17:37
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzinin direktoru BACSA-nın İcraiyyə komitəsinin üzvü seçilib

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü BACSA-nın (Qara, Xəzər dənizləri və Orta Asiya üzrə İpək Assosiyasiyası) İcraiyyə komitəsinin üzvü seçilib.

Qeyd edək ki, Qara, Xəzər dənizləri və Orta Asiya üzrə İpək Assosiyasiyası (BACSA - The Black, Caspian Seas and Central Asia Silk Association) region ölkələrdə ipəkçiliyin təbliği məqsədilə təşkil edilib. Yusif Şükürlü həmin qurumun Azərbaycan üzrə Milli əlaqələndiricisidir. 

Təşkilatın növbəti beynəlxalq konfransının 2017-ci ilin aprel ayında Azərbaycanın qədim diyarlarından biri olan Şəki şəhərində keçirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: