www.science.az
21.04.2016 11:25

Bioloqlar beyin dalğalarına görə insanın şəxsiyyətini müəyyən etməyə nail olublar

Neyrofizioloqlar müxtəlif şəkillərin, videoçarxların izlənilməsi zamanı beyində əmələ gələn dalğalara görə insanın şəxsiyyətini dəqiq müəyyən etməyə nail olublar. 

Alimlər bildiriblər ki, bu gün barmaq izi və gözün qüzehi qişasının təsvirini saxtalaşdıran texnologiyalar mövcuddur.

Tədqiqatçılar bu problemin həllini beyinin müxtəlif qıcıqlandırıcılara qarşı verdiyi reaksiyalar nəticəsində əmələ gələn dalğalarda görüblər. Qeyd edək ki, əvvəlcə şəxsiyyətin təyin edilməsinin dəqiqliyi 97% təşkil etsə də, bu göstərici yüksək əhəmiyyətli obyektlərin təhlükəsizliyinin təmin edilməsi baxımından yetərli olmayıb.

Son yarım il ərzində Böyük Briyaniyanın Binqhempton Universitetinin alimi Sara Lazlonun 50 könüllü insan üzərində apardığı eksperimentlər nəticəsində sözügedən texnologiya təkminləşdirilərək şəxsiyyətin təyin edilməsinin dəqiqliyi 100-ə çatdırılıb.

Alimlər iddia edirlər ki, eksperimentlər zamanı şəxsiyyətin 100% aşkar edilməsi üçün cəmi dörd şəkil və üç elektrod kifayət edib.

Yeni texnologiyanın həmmüəllifi Çjan Tzinin sözlərinə görə, bu sistem aeroport və digər aşağı riskli zonalarla müqayisədə daha çox yüksək səviyyəli təhlükəsizliyə malik olan obyektlər üçün mükəmməl vasitə hesab olunur. 

www.ria.ru