Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Əlyazmalar İnstitutunda 20 Yanvar faciəsinin 24-cü ildönümü münasibətilə ümumi iclas keçirilib
16.01.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Əlyazmalar İnstitutunda 20 Yanvar faciəsinin 24-cü ildönümü münasibətilə ümumi iclas keçirilib

15 yanvar 2014-cü il tarixində AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda 20 Yanvar faciəsinin 24-cü ildönümü münasibəti ilə ümumi iclas keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru vəzifəsini icra edən filologiya üzrə elmlər doktoru Paşa Kərimov xalqımızın keçən 24 il ərzində Qanlı Yanvar şəhidlərinin xatirəsini daim əziz tutduğunu, bu günün millətimizin qan yaddaşında həkk olunduğunu söyləyib. Bildirib ki, 20 Yanvar şəhidləri Azərbaycan tarixində silinməz bir iz qoymuş, yeni bir səhifə açmışdır. P.Kərimov ümummilli lider Heydər Əliyevin ilk günlərdən Moskvada 20 Yanvar hadisələrinə obyektiv münasibətini, qəti etirazını bildirməsini xüsusi olaraq qeyd etdi.

Tədbirdə çıxış edən filologiya elmləri doktorları Möhsün Nağısoylu, Kamandar Şərifov, fəlsəfə doktorları Mehri Məmmədova, Əli Əliyev, rəssam Fəxrəddin Əliyev və başqaları 20 Yanvara dair xatirələrini söyləmiş və bu günü xalqımızın qəhrəmanlıq səhifəsi kimi dəyərləndirmişlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: