www.science.az
19.04.2016 12:18

E-skin - dəri üzərində displey

Tokio Universitetinin mühəndisləri professor Takao Someyya və doktor Tomoyuku Yokotanın rəhbərliyi ilə üzvi işıqsaçan diodlar (OLED) əsasında ultranazik və ultraçevik displey hazırlayıb. Müxtəlif bioloji parametrləri əks etdirən yeni displey dəriyə bərkidilərək bir neçə gün aktiv qalır.

Displey 2 mikrometrlik yüksək keyfiyyətli qoruyucu pərdədən hazırlanıb. Həmin pərdə qeyri-üzvi (silisium oksinitrit) və üzvi (parilen) materiallardan olan qatlardan ibarətdir. Bu nazik pərdə displeyi oksigen və suyun təsirindən qoruyaraq ona dəri üzərində bir neçə gün fəaliyyət göstərməyə kömək edir.

Displey qanda oksigenin səviyyəsi və  nəbzin tezliyi barədə məlumat verir. Bu, həkimlərlə yanaşı, atletlər üçün də geniş imkanlar yaradır. Beləki, artıq atletlər bu məlumatları böyük qacetlər olmadan rahat əldə edə biləcəklər. Gələcəkdə isə E-skin displeyinin tətbiqi spektri daha da genişlənəcək.

www.scientificrussia.ru