Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Böyük Britaniyanın Azərbaycandakı səfiri Şamaxı Astrofizika Rəsədxanasında olub
19.04.2016 12:08
  • A-
  • A
  • A+

Böyük Britaniyanın Azərbaycandakı səfiri Şamaxı Astrofizika Rəsədxanasında olub

Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında olublar.

Qonaqları salamlayan rəsədxananın direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov onlara bu müəssisənin fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri barədə məlumat verib.

Daha sonra qonaqlar rəsədxanada 2 m-lik teleskopun avtomatlaşdırılması və modernləşdirilməsi, istifadə olunan yeni işıq qəbulediciləri, onların vasitəsilə alınan müşahidə materialları və onların işlənməsində istifadə edilən proqramlarla, həmçinin alınan elmi nəticələrlə tanış olublar.

Səfir İ.Siddinq rəsədxana ilə tanışlıqdan məmnunluğunu ifadə edib, burada yaradılan şəraitin yüksək səviyyədə olduğunu bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: