www.science.az
30.09.2013 00:00

“AMEA-nın Xəbərləri” jurnalının Aqrar elmlər seriyası təsis edilib

“AMEA-nın Xəbərləri” jurnalında aqrar elmin müxtəlif sahələrində aparılan tədqiqatların nəticələrinin nəşrinə ehtiyac olduğu üçün jurnalın Aqrar elmlər seriyası təsis edilib, redaksiya heyətinin tərkibi təsdiq olunub. Bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.

İclasda, həmçinin “AMEA-nın Məruzələri” jurnalının redaksiya heyətinin yeni tərkibinin təsdiqi məsələlərinə də baxılıb, müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.