Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Magistrlara “Struktur biologiyanın üsulları” ixtisas kursu tədris olunacaq
15.04.2016 17:04
  • A-
  • A
  • A+

Magistrlara “Struktur biologiyanın üsulları” ixtisas kursu tədris olunacaq

2015-2016-cı tədris ilində ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyasının 7 institutunun bazasında 7 ixtisas üzrə magistratura təhsilinə başlanılmış və AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun magistraturasına “Molekulyar biologiya” ixtisası üzrə 4 magistr qəbul olunmuşdur.

Tədris ilinin II semestrində 20-30 aprel 2016-cı il tarixlərində magistrlara “Struktur biologiyanın üsulları” ixtisas kursu tədris olunacaq. Kursu Böyük Britaniya MRC Molekulyar biologiya laboratoriyasının Kompüter kristalloqrafiyası qrupunun rəhbəri, Kembric Universitetinin professoru Qərib Mürşüdov tədris edəcək.

Mühazirələr AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda hər gün saat 10:00-12:00-da (II gün saat 15:00 -18:00) keçiriləcək.

Tədbirdə arzu edənlər iştirak edə bilərlər.

Ünvan: Bakı şəh., Mətbuat pros., 2a

Əlaqə telefeonları: (+994 12) 492 84 48, 538 11 64

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: