www.science.az
15.04.2016 11:32

CAREC İnstitutunda 8 vakant vəzifəyə müsabiqə elan edilir

Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində Çin Xalq Respublikasının Urumçi şəhərində 2015-ci ilin mart ayından etibarən Elmi-Tədqiqat İnstitutu fəaliyyətə başlamışdır. CAREC Proqramının məqsədi – ticarət, nəqliyyat, enerji və bir sıra sahələrdə regional əməkdaşlığın dəstəklənməsi vasitəsilə üzv ölkələrdə (Əfqanıstan, Azərbaycan, Çin Xalq Respublikası, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan)  iqtisadi artımın təmin edilməsidir. Hazırda CAREC İnstitutunda aşağıda göstərilən  8 vakant vəzifəyə  müsabiqə elan edilib:

1.Maliyyə Departamenti rəhbəri

2.Elmi Xidmət Bölməsinin rəhbəri

3.Strateji Planlaşdırma Bölməsinin rəhbəri

4.Baş məmur

5.Baş maliyyə məmuru

6.Elmi idarəçilik üzrə baş məmur

7.Baş elmi xidmət məmuru

8.Baş strateji planlaşdırma məmuru

Bu vakant vəzifələr Çin Xalq Respublikasının Urumçi şəhərində olmaqla, 3 il müddətinə CAREC-ə üzv ölkələrin vətəndaşları üçün ayrılıb. Müraciət edənlər ingilis dilində sərbəst yazılı və şifahi biliklərə malik olmalıdırlar.

Müraciət üçün son tarix – 30 aprel 2016-cı il.

Əlavə sual və məlumat üçün AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinə müraciət edə bilərsiniz.

Tel: (+994 12) 492 66 51 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.