www.science.az
15.04.2016 09:04

Gələcəkdə benzini ağaclarda yetişdirmək mümkün olacaq

Alimlər hesab edirlər ki, bitkilərdən, daha dəqiq desək, yaşıl yosunlardan yanacaq hazırlamaq mümkündür.

Belə ki, Botryococcus braunii adlı yosunların tərkibinə yanacaq materialları istehsal etməyə imkan verən zülal daxildir. Bu bitkini benzin, ağ neft və dizel yanacaqlarının hazırlanmasında istifadə etmək olar. Botryococcus braunii yosunu suda istənilən temperaturda yetişir. Alimlərin üzləşdiyi yeganə problem isə yosunların alışqan maddələri məhdud miqdarda istehsal etməsidir.

Bu problemin həlli məqsədiylə tədqiqatçılar bitkinin məhsuldarlığını artırmaq üçün mexanizm axtarıblar. Tədqiqatlar göstərib ki, “likopaoktan sintaza” genini nəzarətdə saxlayan zülal karbohidrogenlərin yaranma səviyyəsini tənzimləyir. Alimlər sözügedən bitkidən zülalın yaranamsına səbəb olan “likopaoktan sintaza” adlı geni ayırıblar. Bu geni istənilən bitkilərə tətbiq edərək, bioloji yanacağın hazırlanmasını əhəmiyyətli dərəcədə artırmaq olar. 

www.jtimes.ru