Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

ABŞ-ın Corc Vaşinqton Universiteti gənc mütəxəssislər üçün təqaüd proqramı elan edir
14.04.2016 17:10
  • A-
  • A
  • A+

ABŞ-ın Corc Vaşinqton Universiteti gənc mütəxəssislər üçün təqaüd proqramı elan edir

ABŞ-ın Corc Vaşinqton Universiteti (The George Washington University – Elliott School of International Affairs’ Central Asia Program) (CAP) Azərbaycan, Qazaxıstan, Qırğızstan, Özbəkistan, Tacikistan və Türkmənistandan dövlət rəsmiləri, siyasi ekspertlər, insan hüquqları üzrə gənc mütəxəssislər üçün təqaüd proqramı elan edir.

Proqrama dövlət, siyasət, akademiya, insan hüquqları sahəsində fəaliyyət göstərən, magistr dərəcəsi olan, sərbəst şifahi və yazılı ingilis dili biliklərinə malik olan 25-40 yaşları arasında tədqiqatçılar müraciət edə bilərlər. Təqaüd Proqramını qazanan iddiaçılar George Vashington Universitetində 5 aylıq kurs keçəcəklər. Bütün xərclər və 3000 ABŞ dolları məbləğində aylıq təqaüd təşkilatçı tərəfindən ödəniləcək. 2016-cı ilin payız sessiyası üçün 3 iddiaçının seçilməsi planlaşdırılır.

2016-cı ilin payız sessiyası üçün mövzu: Mərkəzi Asiyada və Azərbaycanda Cəmiyyətlər və İqtisadiyyat

2016-cı il post-Sovet ölkələrinin müstəqilliyinin 25 illik yubileyi ilə əlamətdardır. Bu səbəbdən qarşıya qoyulan suallar aşağıdakılardır:

1.Həmin ölkələrin sosial-iqtisadi inkişaf şəraitində hansı yüksəlişlər əldə edilmişdir?

2.Onların iqtisadiyyatı necə qiymətləndirilir və davamlılıq və inkişaf üçün daha hansı islahatlar  lazımdır?

3.Bu ölkələrdən hər birinin üzləşdiyi əsas sosial-iqtisadi məsələlər hansılardır?

İddiaçı təklifində aşağıdakıları nəzərə almalıdır:

1.Nəzərdə tutulan problemin Mərkəzi-Asiya və Azərbaycan üçün mühümlülüyünün səbəbini izah etməli.

2.Bu problemlərin həll olunması üçün görülmüş işlərin analizi.

3.Taktiki tövsiyyələr.

Müraciət etmək üçün son tarix: 29 aprel 2016-cı il

İddiaçıya 2016-cı ilin may ayının axırına kimi e-mail vasitəsilə cavab göndəriləcək.

Əlavə məlumatı www.centralasiaprogram.org saytından və ya AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsindən  əldə etmək olar.

Əlaqə vasitəsi: (+994 12) 4926651 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: