www.science.az
14.04.2016 16:38

Geologiya və Geofizika İnstitutunda növbəti “Geomexanika” seminarı keçiriləcək

Aprel ayının 28-də saat 15:00-da AMEA Geologiya və Geofizika İnstitutunda “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” mövzusunda layihə çərçivəsində növbəti “Geomexanika” seminarı keçiriləcək.

Tədbirdə AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev, prof. S.Əliyev və g.-m.e.n. K.Ağayevanın “Neft və qaz quyularının qazılması zamanı baş verən mürəkkəbləşmələrin erkən diaqnostikası üsullarının təkmilləşdirilməsi” mövzusunda məruzəsi dinləniləcək.

Seminara “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” elmi-tədqiqat işinin bütün iştirakçıları və digər maraqlananlar dəvət olunur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.