www.science.az
16.01.2014 00:00

“Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri məcmuəsi” jurnalının redaksiya heyəti təsdiq olundu

Məlum olduğu kimi, ötən il AMEA Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri məcmuəsi” adlı elmi-ictimai jurnal təsis olunub. RH-nin iclasında jurnalın nəşrini təşkil etmək məqsədilə redaksiya heyətinin tərkibi müəyyən olunaraq təsdiq edilib.

AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA prezidenti, akademik Akif Əlizadə jurnalın baş redaktoru təsdiq olunub. Nəşrin redaksiya heyətinin tərkibinə isə akademik Vaqif Fərzəliyev (baş redaktorun müavini), AMEA-nın müxbir üzvü Rasim Əliquliyev (baş redaktorun müavini), Adilə İsrafilova (məsul katib), akademiklər Akif Hacıyev, Arif Paşayev, Böyükkişi Ağayev, Cəlal Əliyev, Cəmil Əliyev, Əhliman Əmiraslanov, İbrahim Quliyev, İsa Həbibbəyli, İsmayıl Hacıyev, Qərib Məmmədov, Nailə Vəlixanlı, Tofiq Nağıyev, Ömər Eldarov, Urxan Ələkbərov və Ziyad Səmədzadə, AMEA-nın müxbir üzvləri Dilqəm Tağıyev, Fəxrəddin Qədirov, Fuad Əliyev və Kamal Abdulla, fizika-riyaziyyat üzrə elmlər doktoru Nazim Məmmədov və Vəli Valiyev daxil olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.